Kiçik Mühasib

Bakı
Tam ştat
221
0
Mühasibat
1 ildən 3 ilə qədər
200 ₼
İşin Təsviri
İş yeri: Bakı şəhəri, 8 Noyabr prospekti, Asiman restoranının arxası.
İş günlər: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Xahiş olunur  uyğun nazmizədlər Cv-ni  [email protected] e-mail ünvanına  və ya 777170067 nomresine Vakansiya  adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.
Öhdəliklər
•  Anbar və Stok Uçotu: Malların mədaxili, anbarlararası yerdəyişməsi, silinməsi və geri qaytarılması əməliyyatlarının uçot proqramında(1C) dəqiq və vaxtında əks etdirilməsi;
•  Satışın Sənədləşdirilməsi: Satış sifarişlərinə uyğun olaraq daxili qaimələrin, elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının tərtib edilməsi və sənəd dövriyyəsinin idarə edilməsi;
•  Müqavilə və Sənəd Menecmenti: Satış və alış müqavilələrinin layihələrinin hazırlanması, hüquqi sənədlərin tamlığının izlənilməsi və arxivləşdirilməsi;
•  Bank Əməliyyatları: Bank çıxarışlarının proqram təminatına işlənilməsi və qalıqların sistemlə çarpaz yoxlanılması;
•  Baza Təhlili və Düzəlişlər: Bu vəzifə ilə əlaqədar mühasibatlıq bazasındakı məlumatların düzgünlüyünün monitorinqi, aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması və uçotun yenidən sistemləşdirilməsi;
•  Alışların Uçotu: Yerli və xarici mal alışları üzrə qaimələrin və xərc sənədlərinin uçota alınması.
Tələblər
•  Peşəkar Biliklər: Mühasibat uçotunun prinsipləri və sənəd dövriyyəsi qaydaları barədə dərin biliklər;
•  Təcrübə: Satış, anbar və ya FMCG sahəsində mühasib əməliyyatçı kimi minimum 1 il iş təcrübəsi;
•  Texniki Bacarıqlar: 1C proqramında sərbəst işləmək bacarığı və MS Excel bilikləri;
•  Portal Təcrübəsi: Elektron hökumət portalları (e-taxes) və bank-klient sistemləri ilə işləmə vərdişləri;

Şəxsi Keyfiyyətlər:
•  Analitik düşünmə, 
•  Detallara qarşı həssaslıq,
•  Vaxtın düzgün idarə edilməsi və yüksək məsuliyyət hissi
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Kiçik Mühasib
Bakı
Tam ştat
Təcrübəçi mühasib
Bakı
Tam ştat
Mühasib
Bakı
Tam ştat
Mühasib
Bakı
Tam ştat
Mühasib
Bakı
SVG
SVG
SVG