• Tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil (diplomun olması vacibdir)
• Sahə üzrə ən azı 3 illik peşəkar iş təcrübəsi
• AutoCAD, MS Excel və smeta proqramları ilə sərbəst işləmək bacarığı
• Layihələrin idarə olunması və sahədə nəzarət mexanizmləri üzrə praktiki biliklər
• Tikinti norma və qaydalarına (BNQ) tam bələdlik
• Yüksək məsuliyyət hissi, çeviklik və komanda daxilində səmərəli fəaliyyət göstərmək qabiliyyəti
Üstünlük veriləcək namizədlər:
• Sahə mühəndisi, layihə rəhbəri və ya smeta mütəxəssisi vəzifələrində təcrübəsi olanlar
• Tender proseslərində layihənin idarə edilməsi sahəsində təcrübəyə malik olanlar
• Kommersiya təkliflərinin tərtibi, müqayisəli analizlərin aparılması və texniki hesabatların hazırlanması bacarığı olanlar
• Material və işçilik xərclərini bazar qiymətlərinə uyğun təhlil edərək dəqiq smeta hazırlaya bilənlər
• Subpodratçı və təchizatçı şirkətlərlə işgüzar münasibətlərin qurulması təcrübəsi olanlar
• Tikinti, elektrik, santexnika, mexanika, havalandırma (HVAC), alçıpan, boya-döşəmə və tavan işləri üzrə geniş texniki biliklərə malik namizədlər
• Layihə büdcəsinin idarə edilməsi və xərclərin optimallaşdırılması istiqamətində bacarıqlı olanlar