Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətimizə tam ştat əsasında çalışacaq məsuliyyətli və çevik əmlak agentləri tələb olunur.
İş qrafiki: 10:00 – 19:00
Peşəkar və komfortlu iş şəraiti
Şirkət hesabına nömrə, limitsiz danışıq paketi və internet təminatı
Ödənişli elan platformalarında məhdudiyyətsiz aktivlik imkanı
Əmək haqqı sistemi:
• Alqı-satqı və icarə əməliyyatlarından 50% komissiya birbaşa sizin qazancınızdır
• Gəlir limiti yoxdur — yüksək motivasiya və məhsuldarlıq daha çox qazanc deməkdir
Təcrübə tələb olunmur, peşəkar təlimlər şirkətimiz tərəfindən keçirilir.
Təcrübəniz olmasa belə uğur qazana bilərsiniz! Əsas şərt sahəyə maraq, istək və aktivlikdir. Ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.