Pet otelin cari fəaliyyətinin tam koordinasiyası və idarə olunması
Heyvanların qəbul edilməsi, məkanlarda yerləşdirilməsi və sahiblərinə geri təhvil verilməsi prosesinin həyata keçirilməsi
Heyvanların baxım prosesinə nəzarət (qidalanma, gəzinti, əyləncə vaxtı və gigiyenik prosedurlar)
Müştərilərlə (heyvan sahibləri) birbaşa ünsiyyətin qurulması və rezervasiya sisteminin idarə edilməsi
Heyət üzvlərinin (baxıcılar, təmizlik işçiləri və gəzdiricilər) işinin təşkili və onlara nəzarət
Oteldə sanitariya normalarına və ev heyvanlarının sağlamlıq qaydalarına ciddi şəkildə əməl olunması
Qida, lazımi ləvazimatlar və tibbi ehtiyatların uçotunun aparılması və idarə edilməsi
Yaranan hər hansı problemli vəziyyətlərin (heyvanların səhhəti və ya davranışları ilə bağlı) operativ şəkildə həlli