Online satış təmsilçisi

Bakı
Tam ştat
14
0
Satış üzrə mütəxəssis
1 ildən aşağı
700 ₼
İşin Təsviri
SMM meneceri və onlayn satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan olunur.

İş rejimi: 09:00-dan 17:00-dək (ofisdən işləmək məcburidir).

İstirahət günü: Ayda 2 dəfə.

Ünvan: Abşeron Ticarət Mərkəzi, Abşeron Mall, İgnis Electronics.

Əmək haqqı: 700 AZN + faiz bonusları (yekun maaş müsahibə nəticəsinə görə müəyyən ediləcək).
Öhdəliklər
TikTok, Instagram, WhatsApp, Birmarket, YouTube və Tap.az kimi sosial media platformalarının idarə edilməsi.

Foto, video və mətn kontentlərini əhatə edən post planlarının tərtib olunması.

Gündəlik minimum 3 canlı yayımın təşkil edilməsi. Sosial şəbəkələr üçün təqdimat videoları, Reels, Story və fotoşəkillərin yüksək keyfiyyətlə çəkilərək paylaşılması.

Mətnlərin Azərbaycan dilinin qrammatika qaydalarına uyğun şəkildə redaktə olunması.

Müştəri sorğularının operativ şəkildə cavablandırılması və qeydiyyatının aparılması. Mağazadakı avadanlıqlar barədə müştərilərə dolğun və dəqiq məlumatların verilməsi, onların tələbatının müəyyən edilməsi. Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi.

Müştərilərlə ünsiyyət zamanı peşəkar və nəzakətli davranış standartlarına riayət edilməsi.
Tələblər
Namizədlərə dair tələblər:

Cinsindən asılı olmayaraq bəy və xanım namizədlər.

Ali və ya orta ixtisas təhsili.

Satış, marketinq və ya müştəri xidmətləri sahəsində minimum 6 aydan 1 ilə qədər iş təcrübəsi.

Şirkətin sosial media hesablarında mütəmadi olaraq canlı yayımların təşkil edilməsi. Foto və video materialların montaj edilməsi, həmçinin onlayn satış proseslərinin müstəqil şəkildə idarə olunması bacarığı.

Xarici dil biliklərinin olması üstünlük hesab edilir.

İşgüzar keyfiyyətlər: etibarlılıq, nəzakətlilik, məsuliyyət və operativlik.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Onlayn satış meneceri
Bakı
SVG
SVG
SVG