Sales/Account Manager

Bakı
Tam ştat
12
0
Digər
3 ildən 5 ilə qədər
1 000 - 2 000 ₼
İşin Təsviri
Vəzifə haqqında məlumat

Şirkət barədə
İnnova Technology Center sistem inteqrasiyası sahəsində ixtisaslaşmış, müştərilərinə müxtəlif növ İT həlləri, proqram təminatı və avadanlıqlar təklif edən qabaqcıl şirkətdir. Hazırda komandamızda çalışacaq, nəticəyə fokuslanan və dinamik Satış Meneceri (Sales Manager) axtarışındayıq.

İş rejimi: Həftə içi 5 gün, 09:00 – 18:00
Məşğulluq növü: Tam ştat
İş yeri: Ofis (əyani)
İstirahət günləri: Şənbə, bazar və dövlət bayramları
Əmək haqqı: Minimum 1000 AZN + satış göstəricilərinə əsaslanan yüksək faizli bonus sistemi

Rahat iş mühiti və peşəkar komanda ilə birgə çalışma imkanı.
Öhdəliklər
Yeni müştəri bazasının genişləndirilməsi (soyuq zənglər, mesajlaşma, e-mail yazışmaları, LinkedIn və digər platformalar vasitəsilə)

Potensial müştərilərlə onlayn və ya əyani formatda görüşlərin təyin edilməsi və həyata keçirilməsi

İT məhsul və xidmətlərinin yüksək peşəkarlıqla təqdim olunması

Kommersiya təkliflərinin tərtib edilməsi və müştərilərlə danışıq prosesinin idarə edilməsi

Müştərilərin tələbatlarının düzgün analiz edilməsi və müvafiq həll variantlarının təqdim olunması

Aylıq və rüblük satış hədəflərinin vaxtında icra edilməsi

Gündəlik soyuq zənglərin həyata keçirilməsi və follow-up proseslərinin icrası

Daxili komanda ilə koordinasiyalı və sıx işbirliyi

Bazar trendlərinin və rəqib fəaliyyətinin mütəmadi monitorinqi
Tələblər
Dil bacarıqları: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı qabiliyyəti (ingilis dili bilənlərə üstünlük verilir)

Satış sahəsində iş təcrübəsi arzuolunan haldır (İT sektorundakı təcrübə xüsusi üstünlük kimi qiymətləndirilir)

MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə yüksək səviyyədə bilik və istifadə bacarığı

Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

İş prosesində aktivlik, yüksək məsuliyyət və nəticəyə fokuslanma prinsipi

Komanda daxilində səmərəli əməkdaşlıq etmək qabiliyyəti
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG