Korporativ Satış Mütəxəssisi

Bakı
Tam ştat
87
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
800 ₼
İşin Təsviri
Safe Protection MMC – B2B Satış sahəsində təcrübəli Korporativ Satış Mütəxəssisi axtarır!

İş şərtləri:

İş qrafiki: Həftə içi 09:00-dan – 18:00-dək, Şənbə 10:00-dan – 14:00-dək

Əmək haqqı: 800 AZN + (Satışdan 2% bonus)

Karyera inkişafı və peşəkar yüksəliş imkanı

 

CV-lərinizi Korporativ Satış Mütəxəssisi başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

 

📍 Safe Protection MMC

 
Öhdəliklər
* Aktiv şəkildə yeni korporativ müştərilərin axtarışını və əlaqələrin qurulmasını təmin etmək, potensial müştəri bazasının genişləndirilməsi

* Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulmasını, məhsullar haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsini təmin etmək və satış prosesinin idarə olunması

* Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi

* ⁠Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması

* ⁠Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması

* Bazar araşdırması aparmaq, rəqiblərin fəaliyyətini izləmək

* ⁠Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək

* ⁠Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək

* Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli və sərfəli münasibətlərin yaradılmasını təmin etmək

 
Tələblər
* B2B (Korporativ) satış sahəsində 1-3 il iş təcrübəsi mütləqdir

* Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları

* Aktiv, təşəbbüskar və nəticəyönümlü yanaşma

* Komanda ilə işləmək bacarığı

* MS Office proqramlarında sərbəst işləmək

 
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG