Satış Meneceri (B2B)

Bakı
Tam ştat
24
0
Satış üzrə mütəxəssis
1 ildən aşağı
1 500 - 2 000 ₼
İşin Təsviri
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Məsafədən (Remote)
İş vaxtı: 09:00 – 18:00

DOMSERT sertifikatlaşdırma və icazəverici sənədlərin hazırlanması istiqamətində ixtisaslaşmış şirkətdir.

Artıq 3 ildən çoxdur ki, sektordakı fəaliyyətimizi uğurla davam etdiririk. Biz yüksək səviyyədə qurulmuş biznes prosesləri, peşəkar mütəxəssis heyəti və optimallaşdırılmış satış sistemi ilə fərqlənirik.

Komandamızın böyüməsi fonunda B2B Satış Meneceri vakansiyası üzrə əməkdaşlıq üçün namizədləri dəvət edirik.

Dəyərlərimiz

Dürüstlük və məsuliyyətli yanaşma;

Müştərilərin məmnuniyyəti və yüksək keyfiyyətli xidmət;

Daimi inkişafa və təlimlərə önəm verilməsi;

Komanda daxili əməkdaşlıq və qarşılıqlı hörmət;

Peşəkarlıq və nəticəyə fokuslanma.

İşə qəbul prosesi

Müraciət anketinin doldurulması;

İnsan resursları şöbəsi ilə ilkin əlaqə;

Bacarıqların yoxlanılması üçün test mərhələsi;

Satış şöbəsinin müdiri ilə müsahibə;

İş təklifinin (Job Offer) təqdim olunması.

Əgər satış sahəsinə həvəsiniz varsa, müştərilərlə uzunmüddətli əlaqələr qurmağı bacarırsınızsa və sabit beynəlxalq şirkət mühitində karyeranızı yüksəltmək istəyirsinizsə, müraciətinizi gözləyirik.
Öhdəliklər
Korporativ (B2B) müştərilərin tapılması və şirkətin müştəri portfelinin böyüdülməsi;

Telefon vasitəsilə danışıqların aparılması və onlayn formatda təqdimatların təşkil olunması;

Müştəri tələbatlarının dəqiq analiz edilməsi və onlara effektiv həll yollarının təqdim edilməsi;

Müqavilə prosesi tamamlanana qədər müştərilərin bütün mərhələlərdə dəstəklənməsi;

Satış hədəflərinin və müəyyən olunmuş KPI göstəricilərinin vaxtında icra edilməsi;

Layihələrin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə şirkətin texniki heyəti ilə koordinasiyalı şəkildə işləmək.
Tələblər
Satış sahəsində ən azı 1 illik iş təcrübəsi;

B2B satış istiqamətində təcrübənin olması üstünlük kimi qiymətləndirilir;

Yüksək ünsiyyət və peşəkar təqdimat bacarıqları;

Müştərilərlə işləmək və effektiv danışıqlar aparmaq bacarığı;

Kompüter proqramları ilə sərbəst işləmək bacarığı;

Nəticəyə fokuslanma və yüksək iş məsuliyyəti;

Səlis və qrammatik cəhətdən düzgün şifahi və yazılı nitq qabiliyyəti;

Rus dilində sərbəst danışıq və yazı bacarığı;

Uzaqdan (remote) iş rejimində məhsuldar fəaliyyət göstərmək qabiliyyəti.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
B2B satış meneceri
Bakı
Tam ştat
B2B Satış Meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış Meneceri
Bakı
SVG
SVG
SVG