Viza sənədləşməsi üzrə mütəxəssis (Almaniya Vizaları)

Bakı
Tam ştat
9
0
Digər (İT)
1 ildən 3 ilə qədər
500 - 1 500 ₼
İşin Təsviri
İş yeri: Ofis daxili, tam ştatlı iş rejimi

İş qrafiki: Həftə içi 5 gün (Bazar ertəsi – Cümə), saat 10:00-dan 19:00-dək

Nahar fasiləsi: 1 saat

Əmək haqqı: Sabit əmək haqqı sistemi ilə yanaşı, hər uğurlu viza müraciətinə görə bonus və fərdi iş göstəricilərinə əsasən maaş artımı imkanı

Viza və miqrasiya sahəsində ixtisaslaşan komandamız üçün yeni komanda üzvü axtarışındayıq. İşin əsas istiqaməti Almaniya iş vizaları olsa da, Almaniya ilə bağlı digər viza kateqoriyaları üzrə müraciətlərin tam şəkildə hazırlanması və prosesin idarə edilməsi də vəzifə öhdəliklərinə daxildir.

Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi bizə göndərərək peşəkar heyətimizə qoşula bilərsiniz.

E-poçt ünvanı: [email protected]

Məsuliyyətli, detallara qarşı diqqətli və insanlarla ünsiyyətdə bacarıqlı olan namizədləri komandamızda görməkdən məmnunluq duyarıq.
Öhdəliklər
* Almaniya üçün işçi vizası müraciətlərinin tərtib edilməsi və idarə olunması;

* Almaniyaya yönəlik digər viza növləri üzrə sənədləşmə işlərinin yerinə yetirilməsi;

* Müştərilərdən tələb olunan zəruri sənədlərin toplanması və yoxlanılması;

* Sənədlərin tamlığına və düzgün tərtibatına nəzarət edilməsi;

* Səfirlik və viza mərkəzləri ilə əlaqələrin qurulması, müraciətlərin təqdim olunması;

* Viza müsahibələri üçün görüş vaxtlarının (appointment) bron edilməsi;

* Viza müraciəti prosesinin başlanğıcdan sonadək müşayiət edilməsi və müştərilərə vaxtında məlumat verilməsi;

* Daxili hesabatlılığın aparılması və müvafiq sənədləşmə işlərinin icrası.
Tələblər
- Viza, miqrasiya və ya sənədləşmə ilə bağlı sahələrdə iş təcrübəsi arzuolunandır;

- Almaniya vizaları ilə işləmək sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək;

- Kompüter proqramları ilə sərbəst işləmək bacarığı;

- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

- İş prosesində diqqətli, məsuliyyətli və operativ olmaq;

- Xarici dil bilikləri (Alman və ya İngilis dili) üstünlük kimi qiymətləndirilir;

- Tam ştat iş qrafiki ilə çalışmağa hazır olmaq tələb olunur.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
İT üzrə mütəxəssis
Şamaxı
Tam ştat
İT mütəxəssisi
Bakı
Tam ştat
AI üzrə mütəxəssis
Bakı
SVG
SVG
SVG