Satış məsləhətçisi

Bakı
Tam ştat
13
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
550 - 700 ₼
İşin Təsviri
Satış sahəsində təcrübəli, yüksək ünsiyyət qabiliyyətinə malik, enerjili və məsuliyyətli Satış Məsləhətçisi vakansiyamız üçün namizədlər axtarırıq.

İş şərtləri:

• Əmək haqqı: Namizədin peşəkar bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı razılaşdırılacaq;

• İş rejimi: Həftədə 6 iş günü;

• İş saatı: 09:00 – 18:00.

Ünvan:

Ziya Bünyadov prospekti 298, Dərnəgül yolu, keçmiş Foto Servis ilə üzbəüz.

Müraciət qaydaları:

Tələblərə cavab verən şəxslərdən öz CV-lərini mövzu hissəsinə "Satış Məsləhətçisi" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

Progress Garden and Tools ailəsinin bir parçası olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik! 🌱🚜
Öhdəliklər
• Mağaza daxilində satış əməliyyatlarının yüksək keyfiyyət standartlarına uyğun icra olunması;

• Müştərilərlə mehriban və nəzakətli münasibətin qurulması, onlara təklif olunan çeşidlər barədə dolğun məlumatın çatdırılması;

• Müştərilərin tələbatını müəyyən edərək müvafiq məhsulların tövsiyə edilməsi və satışın reallaşdırılması;

• Məhsulların rəflərdə və vitrinlərdə estetik və səliqəli şəkildə düzülməsinin təmin edilməsi;

• Qiymət etiketlərinin mövcud qiymət siyahısı ilə dəqiqliyinin mütəmadi olaraq yoxlanılması;

• Vitrinlərdəki boşluqların operativ şəkildə doldurulması və nizamlanması;

• Şirkətin korporativ qaydalarına və geyim forması ilə bağlı tələblərinə riayət edilməsi.
Tələblər
- Namizəd: Qadın və ya kişi;
- Yaş həddi: 25–35 yaş;
- Satış sahəsində müvafiq iş təcrübəsi;
- Güclü satış və effektiv ünsiyyət qabiliyyəti;
- İşində aktiv, çevik, məsuliyyətli və müştəri məmnuniyyətini üstün tutan;
- Komanda ilə əməkdaşlıq etmək bacarığı.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış Məsləhətçisi
Bakı
SVG
SVG
SVG