Lazer epilyasiyası — Soprano ICE, Soprano Accord, Soprano Platinum və Soprano Titanium cihazları vasitəsilə qadın və kişilər üçün lazer epilyasiyası xidmətləri. Müxtəlif dəri fototiplərinə uyğun işləmə bacarığı, həssas zonalar və geniş bədən nahiyələrində prosedurun təhlükəsiz və komfortlu şəkildə həyata keçirilməsi üçün fərdi parametrlərin tənzimlənməsi.
Lazer və aparat kosmetologiyası — Harmony XL Pro və Pixel CO2 texnologiyalarından istifadə etməklə xoşxassəli dəri törəmələrinin (papilloma, ziyil və s.) təmizlənməsi. Piqmentasiya və damar patologiyalarının, postakne izlərinin, çapıqların müalicəsi. Lazer cavanlaşdırma, dərinin teksturasının, sıxlığının və ümumi keyfiyyətinin bərpası.
Bədən korreksiyası və sellülitlə mübarizə — Accent Prime və Accent UltraSpeed aparatları ilə bədən konturlarının formalaşdırılması. Sellülit əlamətlərinin korreksiyası, dərinin tonusunun və elastikliyinin artırılması, həmçinin lokal piylənmə problemlərinin aradan qaldırılması.
İnyeksion və estetik kosmetologiya — Fillerlərlə kontur plastika, botulinoterapiya, mezoterapiya və biorevitalizasiya prosedurları. Dərinin bərpası, nəmləndirilməsi və cavanlaşdırılması məqsədilə pasiyentin yaşı, dərinin vəziyyəti və fərdi tələbatları əsasında estetik protokolların tərtib olunması.