Elektrik sistemləri, qurğuları və müxtəlif komponentləri üzrə dövri yoxlamaların keçirilməsi, profilaktik baxış və təmir işlərinin icrası.
Elektrik təchizatı şəbəkəsində yaranan təhlükəli vəziyyətlərin və nasazlıqların vaxtında aşkarlanması.
Elektrik sistemlərində mövcud olan qüsurların və uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması.
Elektrik sxemlərinin və çertyojların oxunması, həmin sənədlərə əsasən xətlərin və avadanlıqların dəqiq yerləşdirilməsi.
Ölçü və sınaq cihazlarından istifadə etməklə elektrik sistemlərinin və avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması.
İstismar müddəti bitmiş və ya sıradan çıxmış avadanlıqların bərpası və təmiri.
Elektrik avadanlıqlarının yenilənməsi ilə bağlı zəruri təkliflərin hazırlanması.
Yerine yetirilən elektrik işləri haqqında müvafiq hesabatların tərtib edilərək təqdim olunması.
Yeni elektrik qurğularının və cihazlarının layihəyə uyğun quraşdırılması.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də şirkətin fəaliyyət standartlarına tam riayət edilməsi.