Firewall, kommutatorlar, marşrutlaşdırıcılar, giriş nöqtələri (AP) və kontrollerlər də daxil olmaqla şəbəkə infrastrukturunun (L2-L3) idarə olunması və optimallaşdırılması proseslərini həyata keçirmək.
Yeni ofis və ya məlumat mərkəzi şəbəkələrinin qurulması, həmçinin kritik arxitektur dəyişikliklərin planlaşdırılması və icrası prosesinə rəhbərlik etmək.
ACL, VLAN, subnetting və firewall sahəsində qabaqcıl konfiqurasiya tənzimləmələrini icra etmək və şəbəkə nasazlıqlarını operativ şəkildə aradan qaldırmaq.
Telekommunikasiya provayderləri, DNS və DHCP xidmətləri, korporativ Wi-Fi sistemləri, strukturlaşdırılmış kabel sistemləri və fiber optika infrastrukturu üzrə yüksək səviyyəli dəstək göstərmək və service desk müraciətlərini idarə etmək.
Şəbəkə avtomatlaşdırılması və şəbəkənin yenilənməsi (network refresh) kimi genişmiqyaslı layihələri müstəqil şəkildə idarə etmək, habelə komanda üzvlərinə mentorluq etmək.
Şəbəkə konfiqurasiyalarını (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN, VPN, switch tənzimləmələri və marşrut cədvəlləri) təsdiq olunmuş standartlara uyğun sənədləşdirmək.
Şəbəkə parametrləri üzərində monitorinq aparmaq və icazəsiz dəyişiklikləri vaxtında aşkar etmək.
On-premise şəbəkələri üçün yeni avadanlıqların quraşdırılması və konfiqurasiyası işlərinə rəhbərlik etmək.
IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar və AP-lər üçün proqram təminatı (firmware) yeniləmələrini planlaşdırmaq və kütləvi şəkildə tətbiq etmək.
Konfiqurasiya və image fayllarının müntəzəm qaydada ehtiyat nüsxələrini (backup) çıxarmaq və saxlanılmasını təmin etmək.
Çoxsaylı ofis, bulud (cloud) və on-premise inteqrasiyalı mühitlərdə SD-WAN, VPN və WAN texnologiyalarının tətbiqi və konfiqurasiyası sahəsində qabaqcıl təcrübəyə malik olmaq.