1. Şirkətdə mühasibat uçotu proseslərinin təşkilini və icrasını təmin etmək.
2. Gəlir və xərc uçotunun mütəmadi şəkildə aparılması.
3. Vergi, DSMF və digər zəruri ödənişlərin hesablanması, həmçinin müəyyən olunmuş vaxtda ödənilməsinə nəzarət.
4. Əməkhaqqı hesablamalarının peşəkar şəkildə həyata keçirilməsi.
5. Bank və kassa əməliyyatlarının müvafiq qaydada uçota alınması.
6. Maliyyə, statistik və vergi hesabatlarının hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi.
7. Debitor və kreditor borcları üzrə öhdəliklərə nəzarət etmək.
8. İlkin mühasibat sənədlərinin qəbulu, yoxlanılması və müvafiq qaydada arxivləşdirilməsi.
9. Mühasibatlıq proqramlarına məlumatların dəqiq və vaxtında daxil edilməsinə cavabdehlik.
10. Maliyyə vəziyyəti ilə bağlı rəhbərliyə mütəmadi hesabat və məlumatların təqdim olunması.