Sosial Media Marketinq mütəxəssisi

Bakı
Tam ştat
23
0
Marketinq menecment
1 ildən 3 ilə qədər
500 - 800 ₼
İşin Təsviri
Sosial Media Marketinq (SMM) mütəxəssisi

Vakansiya haqqında:

Almaniyanın nüfuzlu brendi Aura GMBH-in rəsmi distribyutoru olan Aura Məişət Texnikası MMC sosial media üzrə mütəxəssis vəzifəsinə yeni komanda üzvü axtarır. İnnovativ texnologiyalar və dinamik karyera imkanları təqdim edən şirkətimizdə özünü inkişaf etdirmək istəyən namizədləri müraciət etməyə dəvət edirik.

İş şərtləri:

- İş qrafiki: 6 günlük, 10:00-dan 18:00-dək
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-800 AZN

Qeyd: SMM agentlik təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir.

İşgüzar, hədəfyönlü və analitik düşünmə qabiliyyətinə sahib namizədlərdən şəkilli CV-lərini mövzu hissəsində "Sosial Media Marketing mütəxəssisi" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri və ya əlaqə nömrəsi vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur.
Öhdəliklər
- Azərbaycan dilini yüksək səviyyədə bilmək (rus dilini bilən namizədlərə üstünlük verilir).
- Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və digər sosial media platformalarında peşəkar iş təcrübəsi.
- Hootsuite, Buffer, Sprout Social, Agorapulse kimi sosial media idarəetmə alətlərindən ən az birində sərbəst işləmək bacarığı.
- Adobe Photoshop, Illustrator, Figma, Canva kimi qrafik dizayn proqramlarından ən az birinə sahib olmaq.
- InShot, CapCut, Adobe Premiere Pro, Final Cut Pro və s. video redaktə proqramlarından ən az birində işləməyi bacarmaq.
- Gemini, Veo3, Flow, ChatGPT və digər süni intellekt alətlərindən ən az biri ilə işləmək bacarığı.
- Daimi araşdırma aparmaq və yenilikləri iş prosesinə tətbiq etmək qabiliyyəti.
- Müstəqil şəkildə işləmək bacarığı.
- Yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti.
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmaq və komanda ilə səmərəli əməkdaşlıq etmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Marketinq mütəxəssisi
Bakı
Tam ştat
Marketinq mütəxəssisi
Bərdə
Tam ştat
Sosial Media meneceri
Bakı
Tam ştat
Sosial media meneceri
Bakı
Tam ştat
Sosial Media Meneceri
Bakı
SVG
SVG
SVG