Metal və qeyri-metal materialların kəsilməsi, əyilməsi, formalaşdırılması, deşilməsi və yiv açılması proseslərində Rəqəmli Proqram İdarəetmə (CNC) sistemlərinin tənzimlənməsi və istismarı:
CNC torna və frezer dəzgahlarının peşəkar səviyyədə idarə olunması.
İstehsal prosesinə nəzarət edilməsi, maşınların iş rejiminin izlənilməsi, habelə avadanlıqda və ya hazırlanan məmulatlarda yarana biləcək nasazlıqların vaxtında aşkarlanması.
İş prosesində fasiləsizliyin təmin edilməsi məqsədilə detalların əl ilə və ya müxtəlif qaldırıcı mexanizmlər vasitəsilə bərkidilməsi, nizamanlanması və avtomatik yükləmə sistemlərinə yerləşdirilməsi.
Texniki cizgilərin təhlil edilməsi, iş üçün zəruri olan material və dəzgah parametrlərinin müəyyən olunması.
İstehsal olunan detalların keyfiyyətinə və dəzgahların iş dəqiqliyinə nəzarət məqsədilə ştangenpərgar, mikrometr, kalibr-skoba, kalibr-probka, şablon və digər ölçü cihazlarından istifadə etməklə dəqiq ölçmələrin aparılması.
Əl alətlərindən istifadə etməklə kəsici başlıqların, bıçaqların, frezlərin və digər yeyilməyə məruz qalan komponentlərin dəyişdirilməsi, eləcə də dəzgahların sazlanması.