OBA Market MMC ölkəmizdə fəaliyyət göstərən geniş qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının pərakəndə satışı ilə məşğuldur. Hazırda 1400-dən çox mağazası və 9000-dən artıq əməkdaşı ilə respublikamızın ən böyük mağazalar şəbəkəsi statusunu daşıyır. Marketlərin sayına görə OBA Market MMC Azərbaycanın 1 nömrəli pərakəndə satış şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkət, yeni diskont market konsepsiyası ilə 2016-cı ildə bazara daxil olmuşdur. Şəbəkənin fəaliyyətinin əsasında gündəlik istehlak məhsullarının yüksək keyfiyyət və münasib qiymət siyasəti ilə müştərilərə çatdırılması dayanır. 2020-ci ildən etibarən məhsul çeşidliliyini əhəmiyyətli dərəcədə genişləndirən OBA Market, özəl markaları (Private Label) ilə yanaşı, həm yerli, həm də beynəlxalq brendlərin satışını təmin edir.