Elektrik mühəndisi

Bakı
Tam ştat
23
0
Tikinti mühəndisi
3 ildən 5 ilə qədər
1 500 - 2 500 ₼
İşin Təsviri
Vakansiya: Elektrik Mühəndisi

Şirkət: Art Right MMC (MEP şirkəti)

Yerləşmə: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Şirkət haqqında

Art Right MMC tikinti və obyektlərin idarə olunması sahəsində mexanika, elektrik və santexnika (MEP) üzrə ixtisaslaşmış qabaqcıl xidmət təminatçısıdır. Fəaliyyətimiz müxtəlif həcmli layihələrin layihələndirilməsi, avadanlıqların quraşdırılması və obyektlərin istismara verilməsi proseslərini əhatə edir.

Əməkdaşlara təklif etdiyimiz üstünlüklər:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi ilə işə qəbul.

Bilik və bacarığa uyğun rəqabətqabiliyyətli və artan maaş sistemi (müsahibə nəticəsinə görə razılaşdırılır).

Peşəkar mühitdə karyera inkişafı perspektivləri.

İş üçün zəruri olan korporativ nömrə və nəqliyyat vasitəsi ilə təmin olunma.

Müraciət qaydası:

Maraqlı namizədlərdən CV sənədlərini elektron poçt ünvanının mövzu hissəsinə "Elektrik Mühəndisi" yazmaqla [email protected] ünvanına göndərmələri xahiş olunur.
Öhdəliklər
Təhsil: Elektrik mühəndisliyi ixtisası üzrə ali təhsil (bakalavr).

Təcrübə: MEP layihələri üzrə elektrik mühəndisi qismində azı 3-5 illik iş təcrübəsi.

Proqram təminatı: AutoCAD proqramında sərbəst işləmək bacarığı mütləqdir, Revit və MS Project proqramlarını bilənlərə üstünlük verilir.

Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə ünsiyyət, texniki sənədləşmə ilə işləmək üçün ingilis və ya rus dili biliyi arzuolunandır.

Layihə sənədlərini oxumaq, sxemləri və xəritələri təhlil etmək bacarığı.

Komanda daxilində səmərəli əməkdaşlıq etmək və intensiv iş rejimində operativ qərar qəbul etmək bacarığı.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Elektrik mühəndisi
Bakı
Tam ştat
Mühəndis
Bakı
Tam ştat
Mühəndis
Bakı
Tam ştat
Elektromexanik
Bakı
SVG
SVG
SVG