Daşınmaz əmlak üzrə satış məsləhətçisi

Bakı
Tam ştat
22
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
800 - 1 500 ₼
İşin Təsviri
İnvest Home daşınmaz əmlak bazarında peşəkar agentlərin yetişdirilməsi, satış proseslərinin sistemləşdirilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi prinsipləri üzərində ixtisaslaşmış broker şirkətidir.

Daşınmaz əmlak sektorunda öz karyerasını inşa etmək arzusunda olan, hədəf yönümlü, ünsiyyətcil və satış sahəsinə marağı olan namizədləri komandamıza dəvət edirik.

İnvest Home-un təklif etdiyi üstünlüklər:

• 10 günlük adaptasiya təlimi
• 3 aylıq agent inkişaf proqramı
• Mentor və broker dəstəyi
• Müasir ofis şəraiti
• CRM proqram təminatı
• Geniş reklam platformaları ilə işləmək imkanı
• Korporativ nömrə təminatı
• Karyera yüksəlişi perspektivləri
• Yüksək qazanc potensialı
• Peşəkar daşınmaz əmlak brokeri kimi formalaşmaq fürsəti

Gəlir sistemi
Gəlirlər komissiya prinsipi ilə formalaşır. İlkin mərhələdə komissiya 50/50 nisbətində tətbiq olunur. Agentin fərdi inkişafı və göstərdiyi yüksək performans əsasında komissiya dərəcələrinin artırılması və əlavə motivasiya imkanları nəzərdə tutulur.

Namizəd profili
Bu iş sizin üçün uyğundur, əgər siz:

• satış sahəsində peşəkarlaşmağa çalışırsınızsa,
• tempə uyğun və aktiv iş rejimini sevirsinizsə,
• daşınmaz əmlak sektorunu uzunmüddətli karyera hədəfiniz seçmisinizsə,
• yüksək gəlir əldə etmək üçün nəticəyə köklənərək fəaliyyət göstərirsinizsə.

Qeyd: Yalnız qısa müddətli qazanc arzusunda olan, gündəlik aktiv satış proseslərində iştirak etmək istəməyən və müştəri bazasının formalaşdırılması ilə məşğul olmağa həvəssiz şəxslərin müraciət etməməsi xahiş olunur.

İş rejimi
• İş qrafiki: Həftədə 6 gün
• İş saatları: 10:00 – 19:00
• İstirahət günü: Bazar günü

Ünvan
Bakı şəhəri, Xətai rayonu, Rusel Plaza

Müraciət qaydası
CV-nizi göndərməklə və ya WhatsApp vasitəsilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz.
Öhdəliklər
• İşində aktiv və ünsiyyətcil yanaşma nümayiş etdirmək
• Satış sahəsində inkişaf etmək həvəsi
• Telefon vasitəsilə ünsiyyət qurmaqda çətinlik çəkməmək
• Yeni bilikləri öyrənməyə daim açıq olmaq
• İşinə qarşı məsuliyyətli və nizam-intizamlı olmaq
• Komanda daxilində səmərəli əməkdaşlıq bacarığı
• Azərbaycan dilində səlis danışmaq
• Rus dili biliyi və satış sahəsindəki təcrübə üstünlükdür
• Daşınmaz əmlak sektorunda təcrübə arzuolunandır, lakin tələb olunmur
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış mütəxəssisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Bakı
Tam ştat
Satış Məsləhətçisi
Bakı
Tam ştat
Satış məsləhətçisi
Xankəndi
SVG
SVG
SVG