İnvest Home daşınmaz əmlak bazarında peşəkar agentlərin yetişdirilməsi, satış proseslərinin sistemləşdirilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi prinsipləri üzərində ixtisaslaşmış broker şirkətidir.
Daşınmaz əmlak sektorunda öz karyerasını inşa etmək arzusunda olan, hədəf yönümlü, ünsiyyətcil və satış sahəsinə marağı olan namizədləri komandamıza dəvət edirik.
İnvest Home-un təklif etdiyi üstünlüklər:
• 10 günlük adaptasiya təlimi
• 3 aylıq agent inkişaf proqramı
• Mentor və broker dəstəyi
• Müasir ofis şəraiti
• CRM proqram təminatı
• Geniş reklam platformaları ilə işləmək imkanı
• Korporativ nömrə təminatı
• Karyera yüksəlişi perspektivləri
• Yüksək qazanc potensialı
• Peşəkar daşınmaz əmlak brokeri kimi formalaşmaq fürsəti
Gəlir sistemi
Gəlirlər komissiya prinsipi ilə formalaşır. İlkin mərhələdə komissiya 50/50 nisbətində tətbiq olunur. Agentin fərdi inkişafı və göstərdiyi yüksək performans əsasında komissiya dərəcələrinin artırılması və əlavə motivasiya imkanları nəzərdə tutulur.
Namizəd profili
Bu iş sizin üçün uyğundur, əgər siz:
• satış sahəsində peşəkarlaşmağa çalışırsınızsa,
• tempə uyğun və aktiv iş rejimini sevirsinizsə,
• daşınmaz əmlak sektorunu uzunmüddətli karyera hədəfiniz seçmisinizsə,
• yüksək gəlir əldə etmək üçün nəticəyə köklənərək fəaliyyət göstərirsinizsə.
Qeyd: Yalnız qısa müddətli qazanc arzusunda olan, gündəlik aktiv satış proseslərində iştirak etmək istəməyən və müştəri bazasının formalaşdırılması ilə məşğul olmağa həvəssiz şəxslərin müraciət etməməsi xahiş olunur.
İş rejimi
• İş qrafiki: Həftədə 6 gün
• İş saatları: 10:00 – 19:00
• İstirahət günü: Bazar günü
Ünvan
Bakı şəhəri, Xətai rayonu, Rusel Plaza
Müraciət qaydası
CV-nizi göndərməklə və ya WhatsApp vasitəsilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz.