Vakansiya: Peşəkar Fizioterapevt və Masaj mütəxəssisləri
Bakının ən nüfuzlu bölgələrindən sayılan Ağ Şəhərdə fəaliyyət göstərən premium Asya Consept SPA və sağlamlıq mərkəzimiz komandasını genişləndirir.
Sahəsində təcrübəli, məsuliyyətli, müştəri məmnuniyyətini əsas prioritet hesab edən rusdilli fizioterapevt və masajçıları əməkdaşlığa dəvət edirik.
Namizədlərə olan tələblər:
* Yaş həddi: 25–35
* Fizioterapiya və peşəkar masaj sahəsində real iş təcrübəsi
* Müxtəlif masaj texnikalarını yüksək səviyyədə tətbiq etmək bacarığı
* Xarici görünüşünə qarşı tələbkar, yüksək xidmət mədəniyyətinə malik
* Güclü ünsiyyət qabiliyyəti, məsuliyyət hissi və komandada işləmək bacarığı
* İşinə sevgi və peşəkar inkişafa meyillilik
Təkliflərimiz:
* Premium SPA mərkəzində komfortlu və peşəkar iş mühiti
* Yüksək əməkhaqqı və qazanc perspektivi
* Daimi müştəri axını
* Karyera yüksəlişi və uzunmüddətli əməkdaşlıq imkanı
* mehriban və peşəkar kollektiv
Əgər siz də öz işinizin peşəkarısınızsa və yüksək xidmət standartlarına riayət etməyə hazırsınızsa, sizi komandamızın bir parçası olmağa dəvət edirik.