Marketinq Meneceri

Bakı
Tam ştat
28
0
Marketinq menecment
3 ildən 5 ilə qədər
1 000 ₼
İşin Təsviri
Inomarka və CarBuy Hub platformalarının marketinq istiqamətini idarə etmək üçün analitik düşünmə qabiliyyətinə sahib, strateji yanaşması ilə seçilən və təşəbbüskar Marketinq Meneceri axtarışındayıq.

Vəzifənin başlıca vəzifəsi şirkətin marketinq strategiyasını hazırlamaq, brendin bazarda nüfuzunu artırmaq, hədəf kütlənin cəlb edilməsini təmin etmək və marketinq təşəbbüslərini konkret biznes göstəricilərinə transformasiya etməkdir.

Bizim təkliflərimiz:

İnkişaf etməkdə olan iki fərqli layihənin marketinq strategiyasının yaradılmasında birbaşa iştirak;

Yaradıcı ideyaların tətbiqi üçün geniş imkanlar və sərbəstlik;

Karyera yüksəlişi və peşəkar inkişaf üçün əlverişli şərait;

Bazarla müqayisədə rəqabətli əməkhaqqı və nailiyyətə əsaslanan bonus sistemi.

İş şərtləri:
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılacaq;

İş rejimi: Həftəlik 5 iş günü, 10:00-dan 19:00-dək;

İş ünvanı: Ağ Şəhər, Inomarka ofisi.

Müraciət üçün CV-nizi və əməkhaqqı gözləntilərinizi mövzu hissəsində “Marketinq Meneceri” başlığını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız vakansiya tələblərinə cavab verən namizədlər dəvət olunacaqdır.
Öhdəliklər
Marketinq, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə ali təhsil dərəcəsi;

Avtomobil sənayesində marketinq üzrə iş təcrübəsi arzuolunandır;

Marketinq strategiyalarının formalaşdırılması və tətbiqi sahəsində praktik təcrübə;

Rəqəmsal marketinq alətlərindən (Meta Ads, Google Ads, YouTube və s.) istifadə bacarığı;

Bazarın tədqiqi, rəqiblərin analizi və marketinq analitikası üzrə təcrübə;

Marketinq büdcəsinin tərtib edilməsi və idarə olunması səriştəsi;

Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı (ingilis dili biliyi üstünlük kimi qiymətləndirilir);

MS Office proqramları ilə, xüsusilə MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı;

Analitik düşünmə tərzi, təşəbbüskarlıq, yüksək məsuliyyət və nəticəyə fokuslanmış iş prinsipi.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Menecer
Bakı
Tam ştat
Menecer
Bakı
Tam ştat
Menecer
Bakı
Tam ştat
Məlumat meneceri
Bakı
SVG
SVG
SVG