Mars Overseas hər bir ailənin süfrəsini bəzəyən keyfiyyətli qida və içki məhsullarının istehsalı və paylanması sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir.
1999-cu ildən etibarən uğurla fəaliyyət göstərən şirkətimiz, qida və içki sektorunda qlobal miqyasda nüfuzlu "Pepsico" korporasiyası ilə strateji tərəfdaşlığa imza atmışdır. Bu əməkdaşlığa əsasən, Pepsico brendlərinə məxsus məhsulların Azərbaycanda istehsal və satış hüququna rəsmi olaraq sahibik. Yarandığımız gündən bu tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirməyə və möhkəmləndirməyə davam edirik.
Əsas fəaliyyət istiqamətimizə meyvə şirələri, müxtəlif növ qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı, həmçinin satışı daxildir. Ötən illər ərzində keçdiyimiz məsuliyyətli yol nəticəsində içki bazarının liderlərindən birinə çevrilmişik. Müştərilərimizə yüksək səviyyəli xidmət təqdim etmək və ölkənin bütün regionlarını əhatə etmək məqsədilə distributor şəbəkəmizi fasiləsiz şəkildə genişləndiririk.
Portfelimizə daxil olan əsas brendlər bunlardır: PEPSİ, MIRINDA, MOUNTAIN DEW, 7UP, JALƏ, ЗОЛОТОЙ САД, NATURA, MIA və I’M TEA.