Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və müvafiq avadanlıqların satış istiqamətinin inkişafı ilə əlaqədar olaraq, komandasına enerjili və nəticəyə yönəlmiş satış təmsilçisi dəvət edir.
Vəzifə funksiyaları əsasən B2B satış seqmentini əhatə edir və restoran, kafe, habelə ofis tipli korporativ müştərilərlə işi nəzərdə tutur. Namizəddən mövcud müştəri bazası ilə işləməklə yanaşı, yeni müştərilərin biznesə cəlb olunması tələb edilir.
Əməkhaqqı: 950 AZN (vergilər daxil) + 300–2700 AZN aralığında bonus sistemi
Yanacaq xərclərinin şirkət tərəfindən ödənilməsi
İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət
İxtisasartırma məqsədilə məhsul və satış təlimləri
Karyera imkanları
Dəstəkləyici iş mühiti və hazır müştəri portfeli
Müraciət üçün:
Namizədlər CV formalarını mövzu hissəsində "B2B Satış Təmsilçisi" qeyd edərək
[email protected] ünvanına göndərə bilərlər.