Satış üzrə mütəxəssis

Xırdalan
Tam ştat
14
0
Satış üzrə mütəxəssis
1 ildən 3 ilə qədər
650 ₼
İşin Təsviri
Satış üzrə mütəxəssis

Panda Food MMC satış üzrə mütəxəssis vəzifəsi üçün işçi axtarışını elan edir.

Şirkətimiz içlikli unlu məmulatlar, tortlar, biskvitlər və müxtəlif növ qənnadı məhsullarının istehsalı ilə məşğuldur.

Araz, Oba və Bravo kimi ölkənin aparıcı marketlər şəbəkələri ilə tərəfdaşlıq çərçivəsində fəaliyyətimizi uğurla davam etdirir və satış coğrafiyamızı genişləndiririk.

İşin böyüməsi ilə əlaqədar satış şöbəmizə yeni komanda üzvü dəvət edirik.

Panda Food yaxın müddətdə Rusiya bazarına ixracı hədəflədiyi üçün, biz məsuliyyətli, ünsiyyətcil və təşəbbüskar, peşəkar karyerasını bizimlə qurmağa hazır olan namizədləri axtarırıq.

Əməkhaqqı: 600 AZN.

İş qrafiki: 09:00 - 17:30 (1 saatlıq nahar fasiləsi ilə).

İstirahət günü: Bazar günü.

Komandamızın bir parçası olmaq və Panda Food ilə birlikdə yeni bazarlara çıxmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.
Öhdəliklər
İri ticarət şəbəkələri ilə məhsulların satışı və geri qaytarılması proseslərinin idarə edilməsi.

Satış və geri qaytarma göstəricilərinin qeydiyyatı və analitik təhlilinin aparılması.

Məhsulların rəflərdə düzgün düzülüşünə, mövcudluğuna və satış həcminə nəzarət etmək məqsədilə supermarketlərə mütəmadi vizitlərin təşkili.

Bazar dinamikası haqqında məlumatların vaxtında toplanması və müvafiq hesabatların hazırlanması.

Yeni müştərilərin, distribyutorların və tərəfdaşların tapılması prosesində iştirak edərək şirkətin yeni bazarlara genişlənməsinə töhfə vermək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
SVG
SVG
SVG