Koroğlu ərazisində yerləşən anbardan alkoqollu içkilərin şəhər və şəhərətrafı obyektlərə çatdırılması.
İş qrafiki: 09:00-dan 18:00-dək, həftədə 6 iş günü (Bazar günü istirahət).
Nəqliyyat vasitələri: Mexaniki ötürücülü Ford Transit, Fiat Doblo və Hyundai H1 modelləri.
Səhər saatlarında məhsulların qutularla maşına yüklənməsi və marşrut üzrə ünvanlara çatdırılması.
Dayanma-durma, parkinq və internet xərcləri şirkət tərəfindən ödənilir.
Vəzifə öhdəlikləri:
- Çeşidlərin faktura ilə dəqiqliyinin yoxlanılması.
- Qablaşdırma və etiketlərin bütövlüyünə nəzarət.
- Butulka və qutuların ehtiyatla yüklənməsi və boşaldılması.
- Yükün həcmindən asılı olaraq əllə və ya araba vasitəsilə daşınması.
- Çatdırılma zamanı sənədlərin müştəri tərəfindən imzalanmasının təmin edilməsi.
- Çatdırılma və geri qaytarılma ilə bağlı hesabatların WhatsApp qrupuna göndərilməsi.
- Artıq işlənmiş saatlar ayın sonunda hesablanaraq əməkhaqqına əlavə edilir.
Müraciət üçün CV-nizi
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. WhatsApp vasitəsilə göndərilən CV-lərə baxılmayacaq.