Sənəd dövriyyəsinə nəzarət: Müəssisədaxili ilkin uçot sənədlərinin (mədaxil və məxaric orderləri, qaimə-fakturalar, elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) qanunvericilik və daxili prosedur qaydalarına uyğunluğunun mütəmadi yoxlanılması.
Bank və kassa əməliyyatlarına nəzarət: Nağd və nağdsız pul vəsaitlərinin dövriyyəsinin izlənilməsi, maliyyə limitlərinə riayət olunması və təhtəlhesab şəxslərlə aparılan hesablaşmaların gündəlik nəzarətdə saxlanılması.
Kontragentlərlə hesablaşmaların tənzimlənməsi: Debitor və kreditor borcların analizi, qarşılıqlı üzləşmə aktlarının müntəzəm hazırlanması və vaxtı keçmiş borc öhdəliklərinin monitorinqinin aparılması.
İnventarizasiya fəaliyyəti: Anbarlardakı xammal, material, hazır məhsul və əsas vəsaitlərin dövri sayım prosesində iştirak, faktiki qalıqların mühasibat proqramındakı (LOGO) məlumatlarla uyğunlaşdırılması.
İtkilərin və silinmələrin təhlili: İstehsalat prosesində xammal sərfinin normativlərə uyğunluğunun yoxlanılması, texnoloji itkilərin və digər kənarlaşmaların araşdırılması.
Maya dəyərinin yoxlanılması: İstehsal olunan məhsulların və göstərilən xidmətlərin maya dəyərinin müvafiq standartlara uyğun formalaşdırılmasına daxili nəzarətin həyata keçirilməsi.
Vergi risklərinin auditi: Şirkət əməliyyatlarının Vergi Məcəlləsinin tələblərinə (xüsusilə ƏDV, mənfəət/gəlir vergisi, DSMF və işsizlikdən sığorta haqları üzrə) uyğunluğunun daxili yoxlanılması.
Maliyyə kənarlaşmalarının təhlili: Büdcə göstəriciləri ilə faktiki xərclər arasındakı fərqlərin aşkarlanması və rəhbərliyə ətraflı hesabatların təqdim olunması.
Daxili idarəetmə hesabatlarının hazırlanması: Rəhbərliyin tələbləri əsasında şirkətin maliyyə vəziyyəti, pul vəsaitlərinin hərəkəti (Cash Flow) və gəlir-xərc təhlili üzrə operativ hesabatların tərtib edilməsi.