Korporativ satış üzrə mütəxəssis

Bakı
Tam ştat
57
0
Satış üzrə mütəxəssis
3 ildən 5 ilə qədər
800 - 2 500 ₼
İşin Təsviri
Satış sahəsində təcrübəli, hədəfyönümlü və nəticəyə köklənmiş xanım namizədləri Korporativ Satış Meneceri vəzifəsində komandamızda görməkdən məmnun olarıq.

İş rejimi:
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
Əmək haqqı: 800 AZN + satışdan əldə olunan bonuslar

Bizim təkliflərimiz:
Rəqabətədavamlı maaş və effektiv bonus sistemi
Satış peşəkarlığına əsaslanan iş mühiti
Komanda ruhu və peşəkar inkişafa dəstək
Korporativ layihələrdə real uğur qazanmaq imkanı
Satış bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər və mentorluq

Müraciət prosesi:
CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində "Korporativ Satış Meneceri" qeyd olunması zəruridir.
Öhdəliklər
Korporativ seqment üzrə yeni müştərilərin aktiv şəkildə tapılması və onlarla ilkin əlaqələrin yaradılması
Potensial müştərilərlə işgüzar görüşlərin planlaşdırılması və keçirilməsi
Təşkilatın təqdim etdiyi xidmətlər barədə ətraflı məlumatlandırma və prezentasiyaların təşkili
Müştərilərin tələbatlarının düzgün dəyərləndirilməsi və onlara effektiv həll yollarının təklif edilməsi
Satış hədəflərinin müəyyən edilmiş plan üzrə yerinə yetirilməsi və hesabatlılıq
Daimi müştəri bazasının genişləndirilməsi və tərəfdaşlarla uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi
Tələblər
Namizəd üçün tələblər:

Xanım namizəd
Ali təhsil
B2B və ya korporativ satış sahəsində azı 2 illik iş təcrübəsi
Güclü ünsiyyət və peşəkar təqdimat qabiliyyəti
Danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı
Nəticəyə köklənmiş və təşəbbüskar iş yanaşması
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG