İT servis mütəxəssisi

Bakı
Tam ştat
42
0
İT məsləhətçi / Helpdesk
1 ildən 3 ilə qədər
1 000 - 1 200 ₼
İşin Təsviri
Şirkət: “Yeni Texnologiyalar” MMC

İş yeri: Bakı ş., 28 May metrosu yaxınlığı

İş rejimi: Həftə içi 09:00–18:00, Şənbə günü 09:00–16:00

Əməkhaqqı: 1000–1200 AZN + bonus sistemi

İş stajı: Ən azı 2 il

Təhsil: Ali və ya orta ixtisas dərəcəsi

Vakansiya haqqında
“Yeni Texnologiyalar” MMC korporativ müştərilərinə peşəkar İT xidmətləri və texniki dəstək təmin etmək məqsədilə İT servis mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəliklərinə kompüter sistemləri, şəbəkə avadanlıqları, ofis texnikası, printerlər, habelə IP kameralar və təhlükəsizlik/videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması, diaqnostikası və servis xidməti daxildir.

Namizəddən arzulanan bacarıqlar
Active Directory sahəsində baza bilikləri;
Giriş-çıxışa nəzarət və kartla keçid sistemləri ilə iş bacarığı;
Korporativ müştərilərə texniki dəstək göstərilməsi sahəsində iş təcrübəsi;
Printerlər və çap kartricləri üzrə texniki biliklər.

İş şərtləri
AR Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
Müxtəlif İT avadanlıqları və korporativ mühitdə işləmək imkanı;
İş təcrübəsinin artırılması və peşəkar inkişaf perspektivləri;
Lazımi iş avadanlıqları və texniki vasitələrlə təminat.

Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini “İT servis mütəxəssisi” başlığı ilə [email protected] e-poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinin WhatsApp xəttinə göndərə bilərlər.
Öhdəliklər
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya bu sahəyə uyğun digər ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;

İT xidmətləri, texniki dəstək və ya Helpdesk vəzifələrində azı 2 il iş təcrübəsi;

Kompüter və noutbukların aparat təminatı (hardware) haqqında geniş biliklər;

Ana plata, prosessor, RAM, HDD, SSD, enerji bloku və digər detalların diaqnostika edilməsi bacarığı;

Windows 10 və Windows 11 əməliyyat sistemlərinin dərindən bilnməsi;

Microsoft Office və Outlook proqram təminatlarının quraşdırılması və konfiqurasiyası;

Printer, skaner və digər çoxfunksiyalı ofis avadanlıqları ilə işləmək bacarığı;

Lokal şəbəkələr, TCP/IP, DHCP, DNS, LAN və Wi-Fi texnologiyaları haqqında biliklər;

Router, switch və access point avadanlıqlarının sazlanması təcrübəsi;

RJ45 konnektorlarının montajı və şəbəkə kabellərinin yoxlanılması bacarığı;

IP kamera və videomüşahidə sistemlərinin quraşdırılması sahəsində praktiki təcrübə;

DVR, NVR və IP kameraların sazlanması və idarə olunması;

Videomüşahidə sistemlərində yaranan texniki problemlərin diaqnostikası və aradan qaldırılması;

Rus dili biliyi arzuolunandır;

İngilis dilində texniki sənədləşməni oxumaq bacarığı üstünlük hesab edilir;

Məsuliyyətli, intizamlı, punktual və nəticəyə fokuslanmış olmaq;

Komandada və müstəqil şəkildə işləmək bacarığı;

Müştərilərlə peşəkar ünsiyyət qurmaq və korporativ xidmət etikasına riayət etmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
İT Mütəxəssisi
Bakı
Tam ştat
Təlimçi
Bakı
Tam ştat
Red Team Təlimçi
Bakı
SVG
SVG
SVG