Mühasib (İstehsalat sahəsi)

Bakı
Tam ştat
14
0
Mühasibat
1 ildən 3 ilə qədər
900 - 1 100 ₼
İşin Təsviri
İş yeri: Hökməli qəsəbəsi

Mühasib vəzifəsinə daxil olan öhdəliklərə aşağıdakılar aiddir: SMMD bəyannamələrinin vaxtında tərtib edilərək təqdim olunması, anbar təsərrüfatında mal-materialların daxilolma və çıxış proseslərinə nəzarət, mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması, bank köçürmələrinin və digər əməliyyatların icrası, ilkin uçot sənədlərinin tərtibi və yoxlanılması, debitor və kreditor borcları üzrə hesablaşmaların izlənilməsi, habelə rəhbərliyin tapşırığı əsasında zəruri maliyyə hesabatlarının hazırlanması.
Öhdəliklər
Gündəlik maliyyə və mühasibatlıq əməliyyatlarının uçotunun təşkili;
İlkin mühasibat sənədlərinin tərtib edilməsi və yoxlanılması;
Bank hesablaşmalarının və ödəniş tapşırıqlarının yerinə yetirilməsi;
Vergi orqanlarına, DSMF-yə, Statistika Komitəsinə və digər dövlət qurumlarına hesabatların hazırlanaraq müvafiq müddətlərdə təqdim olunması;
SMMD və müxtəlif vergi bəyannamələrinin tərtibi və göndərilməsi;
Debitor və kreditor borclarının daim nəzarətdə saxlanılması;
İstehsalat xərclərinin uçotunun aparılması və maya dəyərinin formalaşdırılması prosesində iştirak;
Rəhbərliyin tələbi ilə zəruri maliyyə hesabatlarının təqdim edilməsi.
Tələblər
Kişi namizədlər;
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisasları üzrə ali təhsil;
Müvafiq vəzifə üzrə azı 1 illik iş təcrübəsi;
İstehsalat sahəsində mühasib kimi çalışmış namizədlərə üstünlük verilir;
Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi sahəsində nəzəri və praktiki biliklər;
1C (8.3) və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Analitik düşünmə qabiliyyəti, yüksək məsuliyyət və işdə dəqiqlik.
Oxşar vakansiyalar
Tam ştat
Mühasib
Bakı
Tam ştat
Mühasib
Bakı
Tam ştat
Mühasib
Bakı
SVG
SVG
SVG