Satış meneceri

Bakı
Tam ştat
16
0
Satış üzrə mütəxəssis
1 ildən aşağı
600 - 900 ₼
İşin Təsviri
Vakansiya: Avtomobil Satış Təmsilçisi (Qadın və ya Kişi namizədlər)

Avtomobil satışı istiqamətində inkişaf edən komandamıza işinə məsuliyyətli, bacarıqlı və yüksək motivasiyaya malik əməkdaşlar dəvət olunur.

İş rejimi:

* Həftədə 6 iş günü.
* Həftədə 1 gün istirahət.

Əməkhaqqı sistemi:

* 600 AZN sabit əməkhaqqı.
* Hər satılan avtomobil üçün əlavə bonus.
* Satış göstəricilərindən asılı olaraq ümumi aylıq gəlir 2 500+ AZN-dək təşkil edə bilər.

Əgər siz də öz gücünüzə inanır, avtomobil idarə etməyi bacarır, satış qabiliyyətinizə güvənir və TikTok platformasında canlı yayımlar vasitəsilə potensial müştəri bazası formalaşdıra bilirsinizsə, müraciətinizi bizə göndərə bilərsiniz.
Öhdəliklər
- Sürücülük vəsiqəsinə sahib olmalı və avtomobil idarəetmə bacarığı olmalıdır.
- Avtomobil satışı sahəsində iş təcrübəsi və ya satış texnikalarına bələdlik arzuolunandır.
- TikTok platforması üzərindən canlı yayımları peşəkar şəkildə təşkil etmək bacarığı tələb olunur.
- Yüksək ünsiyyət qurma və satış aparma qabiliyyəti vacibdir.
- İş prosesində sakit, təmkinli və stresli vəziyyətlərə qarşı dözümlü olmaq lazımdır.
- Ali və ya natamam ali təhsilin olması üstünlükdür.
- Rus və ya ingilis dillərini bilmək namizədlər üçün əlavə üstünlük kimi dəyərləndirilir.
- Vakansiyaya xanım və bəy namizədlər müraciət edə bilərlər.
SVG
SVG
SVG