Metal səbət və ticarət avadanlıqlarının istehsalı ilə məşğul olan şirkətimizə istehsalat sahəsində çalışacaq işçi axtarılır.
Vəzifə: Metal avadanlıqlar istehsalı sexi üzrə işçi
Əmək haqqı və üstünlüklər:
600 AZN baza əməkhaqqı
Görülən işin keyfiyyətinə və həcminə görə əlavə bonuslar
Orta aylıq gəlir 700–800 AZN aralığındadır
Əməkhaqqı maksimum hədlə məhdudlaşmır; namizədin təcrübəsi, bacarığı və işin nəticələrinə uyğun olaraq artan maaş imkanı mövcuddur
İş rejimi: 09:00 – 19:00
Nahar şirkət tərəfindən təmin olunur
Əməkhaqqının vaxtında ödənilməsi
Daimi və sabit iş yeri
İstehsal prosesi və şirkətə məxsus xüsusi texnologiyalar iş prosesi zamanı əməkdaşımıza öyrədiləcəkdir.
Ünvan: Maştağa qəsəbəsi, 1 saylı Psixiatriya Xəstəxanasının yaxınlığı.
Elan birbaşa işəgötürən tərəfindən yerləşdirilib.
Müraciət etmək istəyən namizədlər qeyd olunan nömrə ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə yaza bilərlər.