İnşaat mühəndisi (Cənub zonası)

Sabirabad
Tam ştat
185
0
Mühəndis
3 ildən 5 ilə qədər
1 100 - 1 300 ₼
İşin Təsviri
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə Respublikanın ən böyük mağaza zənciri şəbəkəsidir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Öhdəliklər
Təchizatçılar və anbar tərəfindən təqdim olunan materialların smetaya uyğunluğunu yoxlamaq və qəbul prosesini həyata keçirmək

Tikinti və təmir işlərinin layihə sənədlərinə, texniki norma və qaydalara uyğun icrasına nəzarət etmək

Təmir-tikinti smetalarının hazırlanmasında iştirak etmək və xərclərin optimallaşdırılmasını təmin etmək

Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək

Podratçıların gördüyü işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək

Mağazalara baxış keçirmək, ölçü götürmək və eskizlərin hazırlanmasını təmin etmək

Layihə komandası ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək

Texniki sənədlərin, aktların və icra sənədlərinin hazırlanmasını təmin etmək

Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək

Material ehtiyaclarının planlaşdırılmasında və təchizat prosesində iştirak etmək

Aşkar edilən texniki uyğunsuzluqların aradan qaldırılması üçün operativ tədbirlər görmək.
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil

Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi

Tikinti norma və qaydaları üzrə biliklər

AutoCAD və digər layihələndirmə proqramlarında işləmə bacarığı

Avtomobilin olması mütləqdir.

 
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

SVG
SVG
SVG