SeaBreeze-də Karyerana Yeni Nəfəs Ver!
Yayın enerjisini, dənizin ruhunu və dinamik iş mühitini bir araya gətirən komandamız böyüyür!
Yay mövsümündə SeaBreeze ərazisində fəaliyyət göstərəcək mağazalarımız üçün Satıcı-Kassir vəzifəsinə enerjili, gülərüz və məsuliyyətli əməkdaşlar axtarırıq.
Əgər insanlarla ünsiyyəti sevir, aktiv və prestijli mühitdə işləmək istəyirsənsə — bu fürsət məhz sənin üçündür!
Səni nələr gözləyir?
Prestijli və müasir iş mühiti
Gənc və motivasiyalı komanda
Stabil əmək haqqı və bonus imkanları
Karyera inkişafı üçün real fürsətlər
Yayın ən canlı və elit məkanlarından birində çalışma təcrübəsi
Qidalanma və nəqliyyat xərclərinin şirkət tərəfindən qarşılanması
İş yeri: SeaBreeze
İş qrafiki: Həftədə 6 iş günü / 1 gün istirahət
Vakansiya: Satıcı-Kassir
Dəniz kənarında uğurlu karyeranın bir parçası olmaq istəyirsənsə, Sport System komandasına qoşul!
CV-lərinizi
[email protected] ünvanına göndərin və bizimlə birlikdə uğura addımlayın!