Tikinti və təmir obyektlərinə yerində baxış keçirilməsi;
Obyekt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərin müəyyən edilməsi;
Sifarişçi tərəfindən təqdim olunan texniki tapşırıq, layihə, BOQ və digər sənədlərin araşdırılması;
Tikinti, təmir, fit-out, elektrik, mexanika, santexnika və digər işlər üzrə həcmlərin hesablanması;
Smeta və qiymət təkliflərinin hazırlanması;
Material, əmək haqqı, avadanlıq, nəqliyyat və digər xərclərin hesablanması;
Layihə üzrə kommersiya təkliflərinin hazırlanması;
Texniki təkliflərin, iş həcmlərinin və metodologiyanın hazırlanmasında iştirak;
Müştərilərlə texniki məsələlər üzrə ilkin müzakirələrin aparılması;
Təchizatçılardan və subpodratçılardan qiymət təkliflərinin toplanması və müqayisə edilməsi;
Alternativ material və həllərin təklif edilməsi;
Layihə rəhbəri və icra komandası ilə birlikdə iş həcmlərinin dəqiqləşdirilməsi;
Tender sənədlərinin hazırlanmasında iştirak;
BOQ cədvəllərinin hazırlanması və yoxlanılması;
İşlərin icra müddəti, resurs ehtiyacı və texniki yanaşma üzrə ilkin planlamanın aparılması;
Tikinti sahəsində ölçülərin götürülməsi və faktiki iş həcmlərinin hesablanması;
Müştəri tələblərinə uyğun olaraq təkliflərin yenilənməsi və düzəlişlərin edilməsi;
Layihə icrası zamanı faktiki görülmüş işlərin smeta ilə müqayisə edilməsi;
Aktların, görülmüş iş həcmlərinin və hesabatların hazırlanmasında iştirak;
Şirkətin daxili qiymət bazasının yenilənməsi və saxlanılması;
Görüləcək işlər üzrə risklərin və əlavə xərclərin əvvəlcədən müəyyən edilməsi;
Tikinti normaları, texniki standartlar və müştəri tələblərinə uyğun işləmək;
Rəhbərliyin verdiyi digər texniki və kommersiya tapşırıqlarını icra etmək.