Satış Meneceri

Bakı
Tam ştat
136
0
Satış üzrə mütəxəssis
5 ildən artıq
700 - 1 000 ₼
İşin Təsviri
İşəgötürən: Qida sənayesi sahəsində fəaliyyət göstərən Şirkətlər Qrupu

İş yeri: Bakı şəhəri.

Əmək haqqı: Müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcəkdir. Satış göstəricilərinə uyğun olaraq əlavə bonus sistemi tətbiq olunur.

Qeyd: Yalnız elanda qeyd olunan tələblərə tam cavab verən namizədlərin müraciətləri nəzərdən keçiriləcəkdir. Müvafiq səriştələrə sahib olmayan şəxslərin müraciətlərinə baxılmayacaq və onlara geri dönüş edilməyəcəkdir. Namizədlərdən yalnız elan şərtlərinə uyğun olduqları təqdirdə müraciət etmələri xahiş olunur.
Öhdəliklər
- Satış komandası ilə əməkdaşlıq çərçivəsində satış strategiyalarının, kanallarının, metod və formalarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Məhsulların brend dəyərinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin icrası;
- Məhsulların satışının, o cümlədən ixrac proseslərinin təşkil edilməsi;
- Loyal müştəri bazasının yaradılması və idarə olunması;
- Satış kanallarının şaxələndirilməsi (diversifikasiyası);
- Yeni müştərilərin cəlb edilməsi və onlarla operativ işin qurulması;
- Satış prosesi üzrə sənədləşmə işlərinin aparılması və müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət;
- Müştəri münasibətlərinin effektiv idarə edilməsi;
- Distributor, diler və agent şəbəkələri ilə əməkdaşlığın təşkili və idarə olunması;
- Satış hədəflərinin və planlarının icrasının təmin edilməsi;
- Satış göstəriciləri ilə bağlı hesabatların hazırlanması və Şirkətlər Qrupunun rəhbərliyinə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan satışla bağlı layihələrin idarə edilməsi və aidiyyəti digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
İqtisadiyyat və ya biznes istiqaməti üzrə ali təhsil (marketinq və satış sahəsi üzrə məzunlara üstünlük verilir);

Qida məhsulları sahəsində satış üzrə minimum 5 illik iş təcrübəsi;

Azərbaycan, rus və ingilis dillərində şifahi və yazılı formada mükəmməl səviyyədə ünsiyyət qurmaq bacarığı;

Güclü kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;

Çətin xarakterli müştərilər və tərəfdaşlarla effektiv işləmək bacarığı;

Yüksək səviyyəli təqdimat etmək bacarığı;

Analitik təhlil aparmaq qabiliyyəti;

Müvafiq hesabatların hazırlanması bacarığı;

MS Office proqramları və digər analitik sistemlərlə sərbəst işləmək təcrübəsi.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış Meneceri
Bakı
Tam ştat
Satış Meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
Tam ştat
Satış meneceri
Bakı
SVG
SVG
SVG