Camaşırxanaya ütüçü və ütüçü köməkçisi (qatlama üzrə) tələb olunur
Xətai metro stansiyasının yaxınlığında fəaliyyət göstərən təmiz və səliqəli iş şəraitinə malik camaşırxanamızda gecə növbəsində çalışacaq əməkdaşlar (bəy və ya xanım) axtarırıq. Həm gündəlik (günəmuzd), həm də daimi əsaslarla işləmək imkanı təklif olunur.
İşin təsviri:
- Camaşırların ütülənməsi prosesinə dəstək göstərilməsi;
- Geyimlərin və ağların qatlanması;
- Camaşırların sayımı və obyekt daxilində digər köməkçi işlərin yerinə yetirilməsi.
Şərtlər:
- Rəsmi əmək müqaviləsi bağlanılır;
- Əməkhaqqı kart vasitəsilə ödənilir;
- Gündəlik və daimi iş qrafiki mövcuddur.
Müraciət qaydası:
Zəhmət olmasa, özünüz haqqında məlumatları 055 202 43 37 nömrəsinə (Taleh bəy) göndərin. Qeyd edək ki, elektron ünvanlara göndərilən CV-lər nəzərə alınmayacaq.