Blue Caspian Estate kollektivi böyüməkdə davam edir!
Yüksək gəlir əldə etməyi hədəfləyən rieltorları komandamızda görmək istəyirik.
Blue Caspian Estate – Bakıda xidmət göstərən, daşınmaz əmlak və konsaltinq sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. Fəaliyyətimiz təkcə daxili bazarla məhdudlaşmır, eyni zamanda Azərbaycanda daşınmaz əmlak sahəsinə investisiya yatırmaq, mülk almaq və ya icarəyə götürmək niyyətində olan beynəlxalq investorlarla sıx əməkdaşlıq edirik.
Şirkətimiz hazır veb-sayt, effektiv reklam infrastrukturu və daim artan xarici müştəri bazasına malikdir. Məhz bu səbəbdən, komandamıza sadəcə işləmək deyil, yüksək satış göstəriciləri ilə ciddi gəlir əldə etmək istəyən namizədləri dəvət edirik.
Əgər siz:
Yüksək qazanc əldə etməyə can atırsınızsa,
İnsanlarla effektiv ünsiyyət qurmaq bacarığına sahibsinizsə,
Satış sahəsində özünüzü sınamaq və inkişaf etdirmək niyyətindəsinizsə,
Peşəkar hədəfləriniz və böyük nəticələr əldə etmək əzminiz varsa,
O zaman sizi komandamızın bir parçası olmağa dəvət edirik.
Vakansiya: Rieltor / Satış Təmsilçisi
Ortalama qazanc:
1000 – 2500 AZN və daha artıq
(Yüksək nəticə göstərən əməkdaşlarımız üçün gəlir imkanları limitsizdir)
İş şəraiti:
Ünvan: Bakı şəhəri, Luxen Plaza (28 May metrosu yaxınlığı)
İş rejimi: 10:00 – 19:00
Biz kimləri axtarırıq?
Biz sadəcə əməkdaş deyil, bizim məqsədlərimizi bölüşən, şirkətlə birlikdə inkişaf edərək yüksək gəlir qazanmağı hədəfləyən şəxsləri axtarırıq.
Əgər hədəfiniz sabit əməkhaqqı deyil, real biznes inkişafı və yüksək qazancdırsa, doğru ünvandasınız.
Müraciət üçün:
CV-nizi qeyd olunan e-poçt ünvanına göndərməyiniz xahiş olunur.