İşə başlamazdan əvvəl gündəlik yoxlama siyahısına əsasən əraziyə baxış keçirmək, qeydlər aparmaq və təsdiq olunmuş bölgü üzrə təmizlik tapşırıqlarını yerinə yetirmək;
Restoranın daxili və xarici sahələrində təmizlik işlərini icra etmək, o cümlədən döşəmələrin yuyulması, qapı və pəncərələrin, şüşə səthlərin, eləcə də stol və avadanlıqların tozunun alınması;
Əl və ya mexaniki avadanlıqlardan (mop, tozsoran, döşəmə təmizləyən cihazlar və s.) istifadə etməklə otaqların, pilləkənlərin, dəhlizlərin və digər məkanların təmizlənməsini təmin etmək;
Mebel, döşəmə və müxtəlif səthlərin təmizlənməsi və dezinfeksiya edilməsi;
Sanitar qovşaqların mütəmadi qaydada təmizlənməsi və dezinfeksiya olunması, sabun dispenserlərinə maye əlavə edilməsi, kağız və dəsmal ehtiyatlarının vaxtında yenilənməsi;
Təmizləyici vasitələrin müvafiq səthlər üzrə təhlükəsizlik qaydalarına uyğun istifadəsini həyata keçirmək;
Qida təhlükəsizliyi və sanitariya-gigiyena standartlarına tam riayət etmək;
İstifadə olunan təmizlik alətlərinin və avadanlıqlarının düzgün qaydada saxlanılmasına nəzarət etmək;
Yaranan hər hansı çatışmazlıq və ya təmir tələb edən hallar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
Tullantıların toplanması və zibil qutularının vaxtında boşaldılmasını təmin etmək.