Vəzifə öhdəlikləri:
Mətbəə məhsullarının əllə yığılması və komplektləşdirilməsi (karton çantalar, qovluqlar, zərflər və digər oxşar məhsullar)
Cildləmə proseslərinin yerinə yetirilməsi
Hazırlanan məhsulların keyfiyyətinə və müəyyən edilmiş standartlara tam cavab verməsinə nəzarət
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: 500-700 AZN
Əmək münasibətləri qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir
Şirkət haqqında:
Fəaliyyət sahəmiz mətbəə, promo və reklam məhsullarının istehsalını əhatə edir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 54.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən şəkilli CV-lərini elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində mütləq "Əl işləri üzrə mütəxəssis" qeyd edilməlidir:
[email protected]