Yeni kompüterlərin quraşdırılması və domenə qoşulması;
Kompüter, noutbuk, printer, IP telefon, NVR və digər avadanlıqları quraşdırılması, sazlanması və nasazlıqların aradan qaldırılması;
İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqlarının yoxlanılması;
Kompüter şəbəkələrində yaranmış problemlərin diaqnostikası, aradan qaldırılması və şəbəkənin monitorinqi;
Lokal şəbəkələrin qurulması və sazlanması;
UPS cihazlarının nəzarətdə saxlanılması;
Xerox və HP printerlərin quraşdırılması, sazlanması, tonerlərin dəyişdirilməsi;
Hikvision kamera və NVR sistemlərinin quraşdırılması və sazlanması;
Switch-lərin konfiqurasiyası (VLAN, Access, Trunk, SNMP);
Windows 10/11, MacOS yazılması və yenilənməsi;
Microsoft Office sazlanması və istifadəçilərə texniki dəstək;
Şirkətin İT xidmətlərinin səmərəli və fasiləsiz fəaliyyətinə dəstək göstərilməsi;
Kompüter proqramlarından səmərəli istifadə əsasında departament işinin optimallaşdırılması;
Yeni serverlərin, avadanlıqların, periferik cihazların, xidmətlərin və parametrlərin layihə/əməliyyat tələblərinə uyğun quraşdırılması;
Sorğu əsasında əməliyyat sistemlərində və elektron poçt sistemində istifadəçi hesablarının yaradılması, dəyişdirilməsi və silinməsi.