İş fəaliyyəti əsasən regionlarda yerləşən sənaye və kənd təsərrüfatı sahələrində icra olunur;
Namizədin mütəmadi olaraq yerli və xarici ezamiyyətlərdə işləməyə hazır olması tələb olunur;
Rəqabətədavamlı əməkhaqqı və karyera yüksəlişi üçün peşəkar mühit təmin edilir;
Pivot suvarma sistemlərinin mexaniki, elektron və elektrik komponentlərinin quraşdırılması, sazlanması, habelə texniki baxış və təmir işlərinin yerinə yetirilməsi;
Avtomatlaşdırma, mexaniki və elektrik sistemlərində meydana gələn nasazlıqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması;
Nasosxanalar, mühərriklər, idarəetmə panelləri, reduktorlar və digər texniki avadanlıqların istismarı, baxımı və təmiri;
Profilaktik texniki xidmət proseslərinin icrası;
Pivot suvarma sistemlərinin təhlükəsiz və fasiləsiz iş rejiminin təmin edilməsi;
Texniki sənədlərin, elektrik sxemlərinin və avadanlıq təlimatlarının dərindən analiz edilməsi və tətbiqi;
Layihə ərazilərində və regionlarda quraşdırma, servis, sazlama və texniki dəstək funksiyalarının həyata keçirilməsi;
İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi şəkildə əməl edilməsi.