Türkiyə bazarında xidmət göstərən tibbi turizm şirkətimizə nümayəndələr və tərəfdaşlar cəlb edirik.
Vəzifə öhdəlikləri:
Xüsusilə Azərbaycandan Türkiyəyə müalicə məqsədilə gəlmək istəyən pasiyentlərin müəyyən edilməsi, onlarla ilkin əlaqənin yaradılması, xidmətlərimiz haqqında məlumatlandırılması və müvafiq klinikalara yönləndirilməsi.
Əmək haqqı və komissiya:
Uğurla yönləndirilən və müalicəsinə başlanılan hər pasiyentə görə 300 Avro məbləğində qonorar ödənilir.
İş rejimi:
Tamamilə məsafədən (remote) iş formatı.
Namizəd profili:
Satış və müştəri xidmətləri sahəsində təcrübəsi olan, geniş əlaqələrə sahib şəxslər. Sığorta, turizm, tibb və ya estetik sahələrdə fəaliyyət göstərənlər, həmçinin sosial media hesabları və ya Telegram kanalları vasitəsilə geniş auditoriyaya çıxışı olan şəxslər üçün ideal vakansiyadır.