Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis
Şirkət: Orzax / BioHerbalBaku MMC / İş yeri: Bakı /
İş qrafiki: Tam ştat, I-V günlər
2004-cü ildə təsis edilmiş Orzax, elmi araşdırmalara əsaslanan və beynəlxalq keyfiyyət standartlarına cavab verən qida əlavələri istehsalçısı kimi 50-dən artıq ölkədə fəaliyyət göstərən qlobal bir brenddir.
Orzax markasının Azərbaycandakı rəsmi təmsilçisi olan BioHerbalBaku MMC, məhsulların klinik və elmi sübutlara əsaslanaraq həkimlər tərəfindən tövsiyə olunmasına yönəlmiş peşəkar medikal strategiya ilə çalışır.
Əmək haqqı: 800–1200 AZN (namizədin bilik və təcrübəsinə müvafiq olaraq təyin edilir)
Uyğun namizədlərdən CV-lərini
[email protected] elektron poçt ünvanına, mövzu hissəsində Ruhsatlandırma və Patentləşdirmə üzrə Mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur.