Mühasibatlıq uçotu üçün lazım olan informasiyaların əldə edilməsi məqsədilə şirkətin müxtəlif departamentləri (idxal, mağazalar, insan resursları və digər bölmələr) ilə koordinasiyalı işləmək və tələb olunan sənədləşməni icra etmək;
Təchizatçılardan daxil olan faktura və xərc sənədlərinin qəbul edilməsi, habelə xərclərin müvafiq departamentlər və mağazalar üzrə düzgün bölgüsünün aparılması üçün məlumatların hazırlanması;
Satış proqramından zəruri satış göstəricilərinin çıxarılması və mühasibatlıq hesabatlarının tərtib edilməsi;
Kassa aparatlarının gündəlik Z-hesabatlarının satış sistemi və bank köçürmələri ilə qarşılıqlı üzləşdirilməsi prosesində iştirak etmək;
İcarə müqavilələri çərçivəsində ödənişlərə və xərclərə dair ümumiləşdirilmiş cədvəllərin hazırlanması;
Əməkdaşların məzuniyyət, xəstəlik vərəqəsi və ya digər səbəblərdən işə çıxmaması ilə bağlı məlumatların toplanılaraq mühasibat şöbəsinə yönləndirilməsi;
İşçilər üçün yeni əməkhaqqı kartlarının sifarişi üçün müvafiq müraciətlərin tərtib edilməsi;
Ezamiyyət və digər təhtəlhesab xərcləri ilə bağlı təsdiqedici sənədlərin (çek və fakturaların) toplanması və hesabatların hazırlanması;