İlkin mühasibatlıq sənədlərinin (alış-satış qaimə-fakturaları, kassa və bank sənədləri) nəzərdən keçirilməsi və 1C sisteminə işlənilməsi;
E-taxes.gov.az portalı üzərindən elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və təsdiqlənməsi proseslərinin idarə edilməsi;
Bank əməliyyatlarının həyata keçirilməsi, o cümlədən təchizatçılar və digər öhdəliklər üzrə ödəniş tapşırıqlarının tərtibi və bank çıxarışlarının uçot sisteminə köçürülməsi;
Müştərilər və təchizatçılarla debitor/kreditor borclarının nəzarətdə saxlanılması və mütəmadi qaydada üzləşmə aktlarının tərtib olunması;
Anbar qalıqlarına nəzarət və materialların hərəkəti ilə bağlı hesabatların hazırlanmasında baş mühasibə dəstək göstərilməsi;
Baş mühasib tərəfindən verilən digər cari mühasibat tapşırıqlarının və hesabat işlərinin vaxtında icra edilməsi.