Nəqliyyat vasitəsini təhvil-təslim aktı əsasında qəbul etmək;
Avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək;
Yüklərin təhlükəsizlik qaydalarına riayət edərək vaxtında çatdırılmasını təmin etmək;
Yüklərin nəqliyyat vasitəsinə düzgün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət etmək;
Tərtib edilmiş qrafikə və marşrut üzrə istiqamətə uyğun hərəkət etmək;
Yanacaq sərfinin optimallaşdırılmasına və avtomobildən qənaətli istifadəyə riayət etmək;
Avtomobilə aid sənədlərin (texniki pasport, sığorta, texniki baxış, etibarnamə və digər) tamlığını və vaxtında yenilənməsini təmin etmək;
Yol hərəkəti qaydalarına və ərazidə təhlükəsizlik normalarına ciddi əməl etmək;
Nəqliyyat vasitəsində müşahidə olunan istənilən texniki nasazlıq haqqında operativ məlumat vermək;
Avtomobilin salonunun və xarici görünüşünün təmiz, habelə səliqəli saxlanılmasına cavabdehlik daşımaq;
Yüklərin təhvil-təslimi zamanı tələb olunan sənədləşmə işlərini icra etmək.