Printer üzrə Mühəndis

Bakı
Tam ştat
16
0
Mexanik / Avtomexanik
1 ildən 3 ilə qədər
1 500 - 2 000 ₼
İşin Təsviri
İş yeri: Bakı şəhəri

Əmək haqqı: 1500 – 2000 AZN + bonus sistemi (namizədin peşəkarlıq səviyyəsi və təcrübəsinə uyğun olaraq müəyyən edilir)

İş rejimi: 6 günlük iş qrafiki

Tələblər və üstünlüklər

- Xerox, HP və Canon brendlərinə aid printerlərin təmiri və servisi sahəsində real iş təcrübəsi
- Servis mərkəzi mühitində çalışma təcrübəsi
- Servis sənədlərinin (job card, order) və müvafiq aktların rəsmiləşdirilməsi bacarığı
- Səyyar servis xidmətlərinin icrası üçün sürücülük vəsiqəsinin olması arzuolunandır

Müraciət qaydası

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edərkən e-mailin mövzu hissəsində mütləq “Printer üzrə mühəndis” qeyd olunması xahiş olunur.
Öhdəliklər
Mexanika və aparat təminatı

Printer və Çoxfunksiyalı Qurğuların (MFP) diaqnostikası və təmiri:

- Kağız ötürücü mexanizmlərin təmiri
- Fuser (peç) blokunun təmiri və bərpası
- Kağız yolu (traktı) üzrə nasazlıqların aradan qaldırılması
- Reduktor və dişli ötürücü sistemləri
- Rolik və sensorların texniki xidməti
- Kartric mexanizmləri və inkjet modellərdə karretka sistemi
- Komponentlərin və modul hissələrin əvəzlənməsi
- Avadanlıqların profilaktikası, texniki baxışı və kalibrasiya prosesləri
- Çap keyfiyyəti ilə bağlı yaranan davamlı problemlərin həlli

Aşağıdakı texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması:
- Kağız sıxılması, qeyri-adi səslər, cırıltı, sensor xətaları, həddindən artıq qızma, natamam fiksasiya və s.

Proqram təminatı və şəbəkə inzibatçılığı

- Printer və skaner drayverlərinin peşəkar şəkildə quraşdırılması və konfiqurasiyası
- USB, LAN və Wi-Fi üzərindən çap şəbəkəsinin təşkili
- IP ünvanlama və cihazın veb-interfeysi vasitəsilə idarə olunması
- Address book, SMTP, Scan-to-Email və SMB protokollarının sazlanması
- İstehsalçı təlimatlarına uyğun olaraq proqram təminatının (firmware) yenilənməsi, reset və servis rejimlərinin tətbiqi
- Xəta kodlarının təhlili və sistemli şəkildə həll edilməsi
- Windows əməliyyat sistemində çap prosesi ilə bağlı yaranan nasazlıqların diaqnostikası
- macOS və Linux platformaları üzrə biliklərə malik olmaq üstünlükdür
Tələblər
Printer və çoxfunksiyalı qurğuların (MFP) təmiri və texniki xidməti sahəsində 2-3 illik iş təcrübəsi (və ya müvafiq praktik biliklər)

Mexanika sahəsində biliklər: kağız ötürmə mexanizmləri, termoblok (fuser), sensorlar və ötürücü sistemlər

Proqram təminatı və şəbəkə protokolları ilə işləmək üçün praktiki bacarıqlar

Texniki nasazlıqları və xəta kodlarını müəyyən etmək, həmçinin onları düzgün analiz edərək aradan qaldırmaq bacarığı

Səliqəli iş stili, yüksək məsuliyyət hissi və görülən iş barədə müştəriyə aydın izahat vermək qabiliyyəti
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Mexanik-Çilingər
Bakı
Tam ştat
Mühəndis
Bakı
SVG
SVG
SVG