Ресепшн

Bakı
Tam ştat
19
0
Katibə, resepşn
1 ildən 3 ilə qədər
700 ₼
İşin Təsviri
İş qrafiki: növbəli (bir gündən bir), saat 10:00-dan 22:00-dək; düşdüyü təqdirdə bazar günləri saat 08:00-dan 22:00-dək.

Əmək haqqı: 700 AZN.

İş yeri: Sahil metrostansiyasının yaxınlığı.

Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.

CV-nizi mövzu hissəsində "Reception in Gazelli House" qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Öhdəliklər
• Mərkəzə gələn qonaqları qarşılamaq və onları müvafiq mütəxəssislərə yönləndirmək.

• Xidmətlər, prosedurlar və mövcud endirim kampaniyaları barədə dolğun, dəqiq və aktual məlumat vermək.

• Yüksək səviyyəli müştəri xidməti göstərmək və müştərilərə uyğun prosedurların seçimində dəstək olmaq.

• Hər bir ziyarətçiyə qarşı nəzakətli və mehriban münasibət bəsləmək.

• Müraciətləri qəbul edib qeydiyyata almaq, ziyarətçilərin təklif və şikayətlərini nəzərə almaq.
Tələblər
- İş yerini üzürlü səbəb olmadan tərk etməmək.

- Vəzifə öhdəliklərini yerinə yetirərkən təşəbbüskarlıq, səliqəlilik və diqqətcillik nümayiş etdirmək.

- 1 ildən 3 ilə qədər iş təcrübəsi.

- Azərbaycan, rus və ingilis dillərini sərbəst səviyyədə bilmək.

- Xoşniyyətlilik və nəzakətli davranış.

- Şirkət daxilində öyrənməyə, inkişaf etməyə və karyera yüksəlişinə həvəsli olmaq.

- Komandada işləmək bacarığı və yüksək ünsiyyətcillik.

- Yaş həddi: 35-ə qədər.

- Cins: qadın/kişi.

Təşkilati-inzibati vəzifələr:

- Ziyarətçilərin qeydiyyatını aparmaq, prosedurların və göstərilən xidmətlərin uçotunu tutmaq.

- Kassa əməliyyatlarına görə məsuliyyət daşımaq və maddi-texniki qalıqlara nəzarət etmək.

- Müştərilərə xidmətlər haqqında ətraflı məlumat vermək və mərkəzin xidmətləri ilə bağlı onlara bələdçilik etmək.

- Rəhbərliyin iş prosesini təşkil etmək: şöbələrdən zəruri məlumatları toplamaq, rəhbərin tapşırığına əsasən əməkdaşları dəvət etmək.

- Sənədləri və məlumatları rəhbərliyə vaxtında çatdırmaq.

- Əməkdaşların təklif və müraciətlərinə operativ şəkildə baxılmasına dəstək göstərmək.
1CRM Hub
Öz biznesiniz var?

Kiçik və orta biznes üçün, bütün biznesinizin AI analitikası ilə birlikdə olan CRM sistemimizi pulsuz yoxlayın!

Oxşar vakansiyalar
Tam ştat
Resepşn
Bakı
Tam ştat
Resepşn
Bakı
Tam ştat
Resepşn
Bakı
Tam ştat
Resepşn
Bakı
Tam ştat
Resepşn
Bakı
SVG
SVG
SVG