VİP Electronics MMC təhlükəsizlik sistemləri sahəsində (videomüşahidə, keçidə nəzarət sistemləri, barmaq izi və üz tanıma cihazları, turniket, şlaqbaum, elektron növbə sistemləri və bənzər avadanlıqlar) satış mütəxəssisi vəzifəsinə vakansiya elan edir. İş fəaliyyəti ofis daxili işlərlə yanaşı, potensial müştərilərlə birbaşa görüşlərin keçirilməsini, şirkətin təqdimatını və məhsullar haqqında dolğun məlumat verilməsini əhatə edir.
Namizəd müştərilərlə sərbəst ünsiyyət qurmaq və effektiv təqdimat etmək qabiliyyətinə malik olmalıdır.
İş qrafiki:
Həftə içi: 09:00-18:00
Şənbə günü: 09:00-13:00
İş şəraiti və əmək haqqı:
Əmək haqqı: 500-700 AZN (təcrübəyə əsasən təyin olunur) + satışdan faiz və bonuslar
Rəsmiləşdirilmə: AR Əmək Məcəlləsinə əsasən həyata keçirilir
Maraqlanan namizədlər CV-lərini
[email protected] elektron poçt ünvanına mövzu hissəsində 06-2026 qeyd etməklə göndərə bilərlər.